Qarabağın bütün ərazisini əhatə edən ümumi plan hazırlanır

30 İyul 2021 - 12:21

“Qarabağın bütün ərazisini əhatə edən ümumi plan hazırlayırıq”.

Bunu açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini Dövlətxan Dövlətxanov bildirib.

Onun sözlərinə görə, orada bütün infrastruktur, yaşayış məntəqələri və magistral yollar, elektrik və digər kommunikasiyalar göstərilib: “Hazırda plan bütün aidiyyəti nazirliklərlə razılaşdırmaqla işlənir. Bütün razılaşdırmaları noyabr ayına başa çatdırmağı planlaşdırırıq”.(APA)