“Qarabağ”ın hakimi təhqir edən futbolçusu cəzalandırıldı

UEFA “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevi iki oyunluq cəzalandırıb.

Bu barədə qərarı UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi verib.

Oyunun rəsmi şəxsini – hakimi təhqir edən Elvin Cəfərquliyev UEFA klub turnirlərdindən iki oyunluq diskvalifikasiya edilib.

“Qarabağ”ın futbolçusu “Bayer”lə 1/8 finalın ilk matçını buraxsa da, cəzanın çəkilməyən hissəsi növbəti mövsümə qalıb. Almaniya klubu ilə cavab görüşündə aldığı qırmızı vərəqəni də nəzərə alsaq, Cəfərquliyev 2024/25 mövsümünə iki matçlıq diskvalifikasiya ilə başlayacaq.

Bu görüşdə “Braqa” da futbolçularının düzgün olmayan davranışına görə xəbərdarlıq alıb.

Qeyd edək ki, “Qarabağ” evdəki görüşdə 2:3 hesabı ilə uduzsa da, 1/8 finala yüksəlib(idman.biz).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.