“Qarabağ”ın və millinin futbolçusu Avropa klubuna keçir

“Qarabağ”ın futbolçusu Nəriman Axundzadə karyerasını ölkə xaricində davam etdirəcək.

AzPost Football.az-a istinadən xəbər verir ki, 20 yaşlı hücumçu Norveçin “Molde” klubuna keçəcək.

O, transfer məsələsini həll etmək üçün artıq Skandinaviya ölkəsinə yollanıb. Baş tutacaq keçidin detalları hələlik açıqlanmasa da, “Molde”nin Ağdam təmsilçisinə təxminən 400 min avro ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, N.Axundzadə bu mövsüm “Qarabağ”ın heyətində bütün turnirlərdə 32 oyun keçirib, 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “köhlən atlar”la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.