“Qarabağla bağlı danışıqlar konkret məsələlər ətrafında aparılmalıdır” –CEYHUN BAYRAMOV MOSKVADA BƏYANAT VERDİ

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində Azərbaycanın konstruktiv mövqeyini vurğulamaq istərdim. 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə rəğmən Azərbaycan danışıqlar prosesində iştirak etməkdə davam edir.

Trend-in məlumatıbna görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan münaqişənin siyasi yolla həlinin tərəfdarıdır: “Münaqişənin həlli ilə bağlı kifayət qədər hüquqi baza mövcuddur. Danışıqlar beynəlxalıq təşkilatlar tərəfindən qəbul olunan sənədlərə, ilk növbədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə və digər beynəlxalq təşiklatlar tərəfindən son illərdə qəbul edilər bir sıra sənədlərə uyğun olaraq aparılmalıdır.

Bu nöqteyi nəzərdən biz danışıqlar prosesinin davam etdirilməsinin tərəfdarıyıq, lakin danışıqlar konkret məsələlər ətrafında aparılmalıdır, danışıqlar prosesi sustantiv olmalıdır, danışıalqar prosesinin imitasiyası olmamalıdır. Danışıqlar prosesinə zərər gətirən bütün hərəkətlər və bəyanatlar beynəlxalq ictimaiyyət, ilk növbədə Minsk qrupunun həmsədləri tərəfindən pislənməlidir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir