Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Qardaşım ruhi xəstədir, nə danışdığını bilmir” –

User 04 Noyabr 2023 - 16:29 (Last updated: 21 May 2025 - 20:15)
dede suleyman qizi
“Qardaşımın bütün ittihamlarına, suallarına məhkəmədə cavab verəcəyəm. Onu mənim üstümə qaldıranları da məhkəmələrdə süründürəcəyəm”.
Azpost.info bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) qızı Aygün Abdullayeva qardaşının “Bacım evləri ələ keçirib” ittihamlarına cavab verərkən deyib.
Aygün Abdullayeva qardaşının bütün ittihamlarına “Bizimləsən” verilişində aydınlıq gətirəcəyini qeyd edib:
“Cümşüd pis vərdişlərə qurşanıb, ruhi dispanserdə qeydiyyatdadır. Anlaqsızdır, nə danışdığını bilmir. Hər bir ailədə söz-söhbət olur. Cümşüd efirə çıxmaqla nə məni biabır edib, nə də atasını hörmətdən salıb, ancaq özünü rüsvay edib. Cümşüdün görkəmindən də məlumdur ki, adam xəstədir. Onun üz cizgilərinə baxanda səhhətinin normal olmadığını sezmək olar. Onu aldadıb, bizə böhtan atırlar”.
Aygün Abdullayeva 3 qardaş və bir bacısının olduğunu vurğulayıb:
“Hələ gözləyirik, görək axırı nə olacaq. Dövlətimiz, həkimlərimiz var. Cümşüd mənim qardaşımdır, o efirə çıxır və mən bir bacı kimi pis oluram. Məsələnin mahiyyətini bilməyən insanlar var, onlarda çaşqınlıq yaranır. Bu məsələyə aydınlıq gətirəcəyəm”.
Cümşüd Abdullayev Prezidentin Süleyman Abdullayevə verdiyi evi atasının ona bağışladığını açıqlayıb. Bu məsələyə aydınlıq gətirən Aygün Abdullayeva bildirib ki, hələ atasının sağlığında Cümşüd qayınını bıçaqlayaraq həbs olunmuşdu:
“Cümşüd həbsxanaya düşdü, həmin vaxt qızı tələbə idi, oğlu da əsgər getmişdi. Həyat yoldaşı da onkoloji xəstə idi. Biz də yardımlar elədik. Amma yardım bir yerə qədər olur, hamının problemi var. Atam heç kəsə ağız açan kişi olmayıb. Allah Prezidentin canını sağ eləsin, atama ev verdi. Amma atam Cümşüdün ailəsində olan çətinliyə görə həmin evi satdı. Biz atamın sözündən tit-tir əsən uşaqlar olmuşuq. Biz kimik ki, atamın qərarının qarşısında nəsə söz deyək. Qardaşım mənə böhtan atır. Prezidentin atama verdiyi evdən 1 qəpiyi mənim cibimə gəlibsə, balalarım qarışıq Allah mənə qənim olsun”.
Aygün Abdullayeva həmin evin pulunun yarıdan çoxunun Cümşüdün yolunda xərcləndiyini deyir:
“O pulun yarısı Cümşüdə xərclənilib, yarısı isə Ceyhun adlı qardaşıma ev alınıb. Cümşüdün xəstəliyindən istifadə edən insanlar var. Həmin insanları məhkəməyə gətizdirəcəyəm. Cümşüd pis xəstəliyi özü qazanıb. Bu, bizim ailəyə yaraşmır. Biz bacı-qardaşıq. Onlar mənə neyləsələr də eşitsəm ki, başlarında bir çətinlik var, yenə qaça-qaça yardıma gedərəm. Cümşüd nə danışığını bilmir, atam ona Xəzər kinotetrının yanından ev verib. Onu bizm üstümüzə qaldıranların hər biri məhkəmədə cavab verəcək”.
Qeyd edək ki, Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) oğlu Cümşüd “Bizimləsən” verilişində hazırda küçələrdə yaşadığını açıqlayıb. O bildirib ki, bacısı Aygün Abdullayeva atasından qalan evləri mənimsəyib:
“Bacım mənimlə danışmır. Ailəmizin 3 evini bacım mənimsədi. Məni atamın evindən 40 mərasimindən dərhal sonra çıxartdılar. Şəhərin mərkəzindəki Prezidentin verdiyi evi isə atam sağlığımda dedi mənə vəsiyyət etmişdi. Yasamalda başqa bir evi isə mənim həyat yoldaşıma vermişdi. Mən də 200 minlik evi həyat yoldaşıma verdim. Sonra həbsxanaya düşdüm. Orada olanda mənə bacım zəng edib, ağladı ki, etibarnamə ver atadan evi alım. Bacımla atam 20 il küsülü olub. Bacım atama sözünü mənim vasitəmlə deyirdi. Qoşulub qaçdığı üçün atam onu danışdırmırdı”.
Cümşüd bildirib ki, bacısı onu psixiatriya xəstəxanasına yerləşdirib.
Qeyd edək ki, Dədə Süleyman ötən il vəfat edib.

Post navigation

Previous: Xankəndidə Zəfər paradına hazırlıq gedir –
Next: “Moskvanın iştirakı ilə Bakı və İrəvan arasında sülh müqaviləsi hazırlanır” –

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

bomba teyare
  • Dünya

Tramp İrana yeni zərbə hazırlayır? – “Bütün bombaların anası” gündəmdə

User 30 Oktyabr 2026 - 15:22
ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi zərbə endirilməsi imkanını nəzərdən keçirir. Bu zərbələrin İranın nüvə...
Read more about Tramp İrana yeni zərbə hazırlayır? – “Bütün bombaların anası” gündəmdə
Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi zelenski
  • Dünya

Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi

User 30 Oktyabr 2026 - 14:22
Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək serhed
  • Ölkə

Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək

User 30 Oktyabr 2026 - 14:17
Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.