Qarlı hava ilə əlaqədar təcili yardıma daxil olan müraciətlərin sayı

AÇIQLANDI
11 Fevral 2020 - 15:04

Hava şəraiti ilə əlaqədar Bakıda təcili yardıma 5 müraciət daxil olub. 

Bu barədə “Report”a “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”ndən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, onlarda diz qapağının, sağ baldırın və sağ topuğun əzilməsi, diz oynağının çıxığı, digərində sol qolun əzilməsi müşahidə olunub:

“Müraciət edən şəxslər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya edilib”.