Mütəxəssislər uzun müddət günəş altında satılan qarpızı almamağı tövsiyə edirlər.
Azpost.info xəbər verir ki, belə qarpızlar tez xarab olur və şirəli olmur.
Mütəxəssislərə görə, sərin yerdə və ya kölgədə saxlanılan qarpızı seçmək daha yaxşıdır: “Qarpızlar isti havalarda günəş altında qalırsa, daha tez xarab olur və ya daha az sulu olurlar. Sərin yerdə və ya heç olmasa kölgədə saxlanılan meyvələri seçmək daha yaxşıdır”.
Yerdə saxlanılan qarpızların da xarab olma ehtimalı yüksəkdir: “Ventilyasiya olmaması səbəbindən onlar çürüməyə və kiflənməyə başlayırlar. Bundan başqa, məhsulu şübhəli yerlərdən, məsələn, yol kənarındakı avtomobillərdən almaqdan çəkinin”.
O da qeyd olunur ki, mövsümündən əvvəl bazara çıxarılan qarpızlar yüksək miqdarda nitratlarla yetişdirilir. Həkimlər zəhərlənməmək üçün onları almamağı tövsiyə edirlər.
Azpost.info