Qasım Süleymaninin öldürülməsinin detalları məlum oldu –

ABŞ kəşfiyyatı onu necə izləyib?
16 May 2021 - 10:19

İran generalı, SEPAH-ın “Qüds” qoşunlarının komandanı Qasım Süleymaninin öldürülməsi ilə bağlı hazırlanmış əməliyyatın detalları məlum olub.

Azpost.info bildirir ki, “Voennıy obozrovatel” nəşri ABŞ kəşfiyyatının hesabatına istinadən bu barədə yazıb.

Qeyd olunur ki, xüsusi xidmət Süleymaninin ətrafına casus qurğusu ilə təmin edilmiş mobil telefon yerləşdirə bilib. Lakin bu müvəqqəti effekt verib. Generalın Bağdad hava limanına enməsinə 6 saat qalmış İsrail amerikanlara Süleymannin istifadə etdiyi 3 mobil telefon nömrəni verib. Bu nömrələr MKİ-nin Bağdaddakı mütəxəssisləri tərəfindən nəzarətə götürülüb. İraq rəsmilərinə elan edilib ki, Bağdad hava limanının cənub hissəsi “təlimlərə” görə bağlanır.

Yerdə “Delta” xüsusi təyinatlı qrupun 3 snayper qrupu gözləyib. Snayperlərdən bir qrupu tüfəngin hədəfindəki kamera ilə qərargaha baş verənləri canlı yayımla ötürüb.

Süleymaniyə qədər olan məsafə 600-900 metr olub. Buna qədər, həmin vaxt və əməliyyatdan sonra operativ kəşfiyyat məlumatlarını ABŞ-ın xüsusi əməliyyatlar üzrə Komandanlığının son dərəcə məxfi qrupu sayılan “Orange Hədəf qrupu -«Orange» (Task Force Orange) yığıb.

Təyyarə endikdən sonra Süleymaninin şəxsiyyətini ABŞ-ın müttəfiqi olan kürd xüsusi təyinatlılarının əməliyyatçıları müəyyən edib. Onlar hava limanının texniki əməkdaşları geyimində olublar. Onlardan biri Süleymaninin lap yaxınlığında olub.

Bağdad səmasında eyni vaxtda 3 BPLA MQ-9 PUA-sı növbə çəkib. Komanda verildikdən sonra 2 Hellfrie raketi Qasım Süleymannin olduğu avtomobilə zərbə endirib.

İkinci avtomobilin sürücüsü sürəti artırıb uzaqlaşmağa çalışsa da bir neçə metrdən sonra “Delta”nın snayperi ilə öldürülüb. Maşın dayandıqdan sonra raketlə vurulub.

İraq polisi geyimində olan kürd xüsusi təyinatlısı son zərbələrin fotosunu çəkib və DNK testi üçün nümunələri yığıb.

Qasım Süleymani 2020-ci ilin yanvarında öldürülüb.