Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qatarların sürətinə dair məhdudiyyətlər müəyyənləşib

User 18 Mart 2025 - 11:50 (Last updated: 21 May 2025 - 20:15)
Qatar

Qatar

Qatarlar sarı-qırmızı işıq göründükdə sürəti saatda 20 kilometrədək azaltmalı və qarşı istiqamətin birinci yol işıqforunun qarşısında dayanmalıdır.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat”ında əksini tapıb.

Təlimata əsasən, qatarı düzgün olmayan yolla lokomotiv işıqforu ilə idarə edərkən qatarın maşinisti və onun köməkçisi:

– lokomotiv işıqforunun yaşıl işığında infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən belə hallar üçün müəyyən edilmiş sürətlə hərəkət etməli;

– sarı işıqda saatda 50 kilometrdən çox olmayan sürətlə hərəkət etməli;

– sarı-qırmızı işıq göründükdə sürəti saatda 20 kilometrədək azaltmalı və qarşı istiqamətin birinci yol işıqforunun qarşısında dayanmalı;

– qatar sarı-qırmızı işıqda dayandıqdan sonra qatarın maşinisti irəlidəki blok-sahənin qatarla tutulu olduğunu gördükdə və ya bildikdə, blok-sahənin boşaldılmasını, sarı və ya yaşıl işığın görünməsini gözləməli və hərəkəti lokomotiv işıqforunun siqnalı ilə davam etdirməli;

– qatarın maşinisti irəlidəki blok-sahədə qatarın olduğunu bilmədikdə, dayanma və tormozların buraxılması vaxtı ərzində lokomotiv işıqforunda sarı və ya yaşıl işıq görünmədikdə, o, blok-sahənin sonunadək sonrakı hərəkət üçün maneə ilə qarşılaşdıqda, qatarı dərhal dayandırmağa hazır olmaqla və xüsusi sayıqlıqla, saatda

20 kilometrdən çox olmayan sürətlə hərəkətə yenidən başlamalıdır. Belə hallarda blok sahə ilə hərəkət zamanı lokomotiv işıqforunun qırmızı işığı sarı-qırmızı işığa dəyişildikdə, qatarın maşinisti hərəkəti saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkəti davam etdirə, sarı və ya yaşıl işıq göründükdə isə sürəti saatda 40 kilometrədək artıra bilər;

– blok-sahənin sonunda lokomotiv işıqforunun sarı və ya yaşıl işığında bu siqnalları rəhbər tutaraq hərəkəti davam etdirməli, qırmızı işıq saxlanıldıqda və ya sarı-qırmızı işıq yandıqda qatarın maşinisti yenidən qatarı dayandırmalı və hərəkəti bu Təlimata uyğun olaraq davam etdirməli;

– lokomotiv işıqforunda icazəverici siqnalının yerinə qəflətən sarı-qırmızı, qırmızı və ya ağ işıq göründükdə və ya lokomotiv işıqforunda işıqlar söndükdə qatarın maşinisti sürəti saatda 20 kilometrədək azaltmalı və qatarı blok-sahənin sonuna və ya lokomotiv işıqforunda icazəverici siqnal görünənədək, sonrakı hərəkət üçün maneə ilə qarşılaşdıqda, qatarı dərhal dayandırmağa hazır olmaqla və xüsusi sayıqlıqla, həmin sürətlə idarə etməlidir. Blok-sahənin sonunda lokomotiv işıqforunda sarı-qırmızı, qırmızı və ya ağ işıq saxlanıldıqda və ya lokomotiv işıqforunda işıqlar yanmadıqda sonrakı hərəkət bu Təlimatın tələblərinə uyğun olaraq yerinə yetirilir.

Post navigation

Previous: Bakıda “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı forum başlayıb
Next: Martın 19-da gözlənilən hava şəraiti

Oxşar xəbərlər

felaket
  • Sosial

33 ölkə əhaliyə 72 saatlıq ehtiyat toplamağı tövsiyə edir – Dünya nəyə hazırlaşır?

User 04 Noyabr 2026 - 18:36
soyutma
  • Sosial

Soyuduculara kiberhücum təhlükəsi – Məhsullar xarab ola bilər / RƏSMİ

User 04 Noyabr 2026 - 17:56
usaq itkin
  • Sosial

Qarlı meşədə günlərlə itkin düşən 6 yaşlı uşaq tapıldı

User 04 Noyabr 2026 - 17:17

xƏBƏR

vens
  • Dünya

Vens Trampın məğlubiyyətinin səbəbini açıqladı – “İranla müharibə…”

User 04 Noyabr 2026 - 20:31
ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranla müharibənin Konqresə keçirilən aralıq seçkilərində Demokratlar Partiyasının inamlı qələbə qazanmasına səbəb...
Read more about Vens Trampın məğlubiyyətinin səbəbini açıqladı – “İranla müharibə…”
Cavan qalmaq istəyənlər bu iki meyvəni yesin – Dietoloqların tövsiyəsi nar denesi
  • Maraqlı

Cavan qalmaq istəyənlər bu iki meyvəni yesin – Dietoloqların tövsiyəsi

User 04 Noyabr 2026 - 19:27
ABŞ-da Demokratların qələbəsinə dünya liderləri necə reaksiya verdi? abs secki
  • Dünya

ABŞ-da Demokratların qələbəsinə dünya liderləri necə reaksiya verdi?

User 04 Noyabr 2026 - 18:50
33 ölkə əhaliyə 72 saatlıq ehtiyat toplamağı tövsiyə edir – Dünya nəyə hazırlaşır? felaket
  • Sosial

33 ölkə əhaliyə 72 saatlıq ehtiyat toplamağı tövsiyə edir – Dünya nəyə hazırlaşır?

User 04 Noyabr 2026 - 18:36
Melaniya Trampla görüşə Rusiyadan kimlər gedəcək? – Kreml adları açıqladı peskov
  • Dünya

Melaniya Trampla görüşə Rusiyadan kimlər gedəcək? – Kreml adları açıqladı

User 04 Noyabr 2026 - 18:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.