Qax Rayon İcra Hakimiyyətində 5 vəzifə vakant elan olunub.
AzPost RİH-nin rəsmi saytına istinadən xəbər verir ki, hazırda başçının müavini- Sosial İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin məsləhətçisi, baş memar və təsərrüfat işləri üzrə baş mütəxəssis vəzifələri boşdur.
Bu vəzifələrə təyinat gözlənilir.
Qeyd edək ki, Qax rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevdir. O, Prezident İlham Əliyevin sərəncamı ilə 12 noyabr 2025-ci ildə bu vəzifəyə təyin olunub.
Xatırladaq ki, Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyev həbs edilib.