Qax rayonunda naməlum şəxs polis əməkdaşını güllələyib

21 May 2021 - 14:38

Qax rayonunda polis əməkdaşı insident nəticəsində yaralanıb.

Hadisə rayonun Çüdüllü kəndi ərazisində baş verib.

Polis əməkdaşı ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, faktla bağlı araşdırma aparılır: “Həmin şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir”.