Qaxda sabah oğluna toy edəcək kişi intihar edib

29 Oktyabr 2021 - 14:51
Suicide rope loop. Suicide noose concept

Qax rayonunda intihar hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Güllük kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Nadir Reyzullah oğlu Musayevin meyiti yaşadığı evin həyətyanı sahəsində yardımçı tikilidə asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, intihar edən Nadir Musayevin oğlunun oktyabrın 30-da toy mərasimi keçiriləcəkdi.(APA)