“Qaya” ansamblının yaradıcısı Teymur Mirzəyev İsraildə dəfn olunub

Məşhur “Qaya” vokal kvartetin yaradıcısı, bədii rəhbəri və solisti, Xalq artisti Teymur Mirzəyev İsraildə dəfn olunub.

Bu barədə APA-ya Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev bildirilib.

T.Mirzəyev dünən dəfn edilib.

Qeyd edək ki, o, sentyabrın 26-da vəfat edib.

Xatırladaq ki, Teymur İbrahim oğlu Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. Asəf Zeynallı adına Musiqi məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı illərdə tələbə yoldaşları Rauf Babayev, Arif Hacıyev, Lev Yelisavetski ilə birlikdə “Qaya” vokal kvartetini yaradıb. Azərbaycan caz və estrada mədəniyyətinin əfsanəvi heyəti olan “Qaya” kvarteti 1961-ci ildən 1988-ci ilədək fəaliyyət göstərib. Kvartet 1964-cü ildə Moskvada keçirilən Ümumdünya estrada müsabiqəsinin I mükafatı laureatı adına layiq görülüb.

T.Mirzəyev 1993-cü ildə Xalq artisti adına layiq görülüb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir