Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Qayıdış” İctimai Birliyi arxeoloji abidələrlə bağlı yaddaş kitabçası hazırlayır

User 19 Avqust 2024 - 23:19 (Last updated: 21 May 2025 - 20:15)
qa01

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi Qrant müqaviləsinə əsasən “Mil-Muğan mədəni irsi: İmişli rayonunun arxeoloji abidələri” adlı layihənin icra planına uyğun olaraq“Qayıdış” İctimai Birliyin eksperti Xaqani Əliyev abidələrin yerləşdiyi ərazilərdə olub.

Bu barədə “Qayıdış” İctimai Birliyinin sədri Hasil Tağıyev məlumat verib. Onun sözlərinə görə, “Qızıltəpə”, “Muxortəpə”, “Qaratəpə”, “Yedditəpə”, “Qalaça yeri” və digər antik və orta əsr dövrlərinin maddi mədəniyyət inciləri olan arxeoloji abidələr haqqında olan elmi faktlar toplamış, aparılan arxeoloji qazıntılar nəticəsində tapılan və  İmişli Rayon Muzeyində saxlanılan mədəniyyət nümunələri ilə tanış olmuşdur.  Bu məlumatlar Azərbaycan və İngilis dillərində çap ediləcək rəngli, şəkilli kitabçada öz əksini tapacaqdır.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İmişli Arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayevdən öyrəndik ki, “Qızıltəpə abidəsi müdafiə xarakterli və ciddi qorunan bir qala olmuşdur. Muxurtəpə isə İmişli rayonu ərazisində yerləşən ən böyük tarixi abidədir. Bu təpə ətrafı müşahidə etmək üçün əlverişli mövqeyə malikdir. Hər iki tarixi abidənin Teymurləngin Azərbaycana yürüşü zamanı hücuma məruz qaldığı ehtimal olunur.”

Abidələrin yerləşdiyi Qızılkənd kənd sakinləri ilə söhbətlər aparılıb, tarixi abidələr haqqında folklorumuzda əfsanələr haqqında olan matreallar toplanıb. “Mil-Muğan mədəni irsi: İmişli rayonunun arxeoloji abidələri” layihəsinin sentyabr ayının sonunda yekunlaşması nəzərdə tutulub.

Post navigation

Previous: “Dinamo”nun avrokubok təcrübəsi çoxdur” –
Next: Bu günə olan valyuta məzənnələri

Oxşar xəbərlər

mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.