Qayıtmaq qərarı verən müxalifət lideri Aleksey Navalnıy Rusiyada axtarışa verilib

14 Yanvar 2021 - 02:08

Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnı 29 dekabr 2020-ci ildən federal axtarışa verilib. 

Azpost.info bildirir ki, bu barədə müvafiq qərarı Federal Xidmət elan verib.

Navalının vəkili Vadim Kobzev bildirib ki, Navalnıy qayıtmaq barədə qərarını elan edərkən bundan xəbəri olmayıb: “Biz bu barədə yalnız dünən, Navalnıy qərarını bəyan etdikdən sonra bilmişik”.

Qeyd edək ki, A.Navalnıy yanvarın 17-də Rusiyaya qayıdacağını bəyan edib. O, 2020-ci ilin avqustundan zəhərlənmə diaqnozu ilə təcəili Almaniyaya aparılmışdı. Navalnıy Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən zəhərləndiyini iddia edir.

Rəsmi Moskva bu iddaları rədd edib.