Xocalı yol idarəsinin əməkdaşı minaya düşərək xəsarət alıb

Yanvarın 13-də saat 11 radələrində Bərdə rayon sakini, 1960-cı il təvəllüdlü Ocaqverdiyev Əliyar Hidayət oğlunun işğaldan azad edilmiş ərazilərimizdə işləyən zaman tank əleyhinə minaya düşərək çoxsaylı bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan APA-ya verilən məlumatan görə,  54 saylı Xocalı yol idarəsinin əməkdaşı Əliyar Ocaqverdiyev Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan və Talış kəndləri ərazisindən keçən su kanalının üzərindəki körpüdə yol çəkilməsi işlərini görən zaman idarə etdiyi “LUİGONG B-160” markalı buldozer ilə tank əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qayıtmaq qərarı verən müxalifət lideri Aleksey Navalnıy Rusiyada axtarışa verilib

Sonrakı məqalə

Dolların bu günə olan məzənnəsi