Qaynanası ilə mübahisə edən kişi özünü yandırdı –Kürdəmirdə

Kürdəmirdə intihara cəhd hadisəsi baş verib.

Hadisə rayonun məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqəsində qeydə alınıb.

Belə ki, 37 yaşlı Cəbrayıl rayon sakini Baxışov Anar Qurban oğlu qaynanası, Kürdəmir rayon Ərşəli kənd sakini İsgəndərova Şəlalə Dostumalı qızı ilə mübahisə edib. Bu zaman Anar Baxışov qəsd məqsədilə üzərinə benzin tökərək özünü yandırıb. O, ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər A.Baxışova bədənin çoxsaylı termiki yanığı diaqnozu qoyublar. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kinodramaturq Eldəniz Quliyev Milli Şuradan istefa verdi

Sonrakı məqalə

Baş Prokuror 5 rayonun prokurorunu işdən azad etdi –