Baş Prokuror 5 rayonun prokurorunu işdən azad etdi –Yusif İldırımzadə təqaüdə göndərildi (SİYAHI)

 Azərbaycanda 4 rayonun prokuroru vəzifədən azad edilib.

Bununla bağlı yeni Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, aşağıda adları qeyd olunan şəxslər təqaüdə göndərilib:

Sabunçu rayon prokuroru Ceyhun Şirinov,

Nəsimi rayon prokuroru Salman Məmmədli,

Qəbələ rayon prokuroru Məqsəd Orucov,

Yevlax rayon prokuroru Elxan Pənahov.

Eyni zamanda Baş Prokurorluğun Maddi-texniki təminat idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Niyaz Məmişov da təqaüdə göndərilib.

Qeyd edək ki, Elxan Pənahov Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşıdır. (sabah.az)

Xətai rayon Prokurorluğundan Unikal.org-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyev Xətai rayonunun prokuroru Yusif İldırımzadəni də tutduğu vəzifədən azad edib. Bununla bağlı K. Əliyev əmr imzalayıb.
Qeyd edək ki, Y. İldırımzadənin 70 yaşı var və o, yaş həddinə görə təqaüdə göndərilib.

Hazırda Xətai rayon prokuroru vəzifəsini Nazim Quliyev müvəqqəti icra edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qaynanası ilə mübahisə edən kişi özünü yandırdı –

Sonrakı məqalə

Tramp koronavirusdan itirdiyi dostlarından danışdı