Qazax və İcevan rayonlarının sərhədində Azərbaycanla Ermənistan arasında saxlanılan hərbçilərin dəyişdirilməsi prosesi başlayıb.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Tərəflər mübadilə yerinə gələcəklər.
Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Açıqlamada tərəflər arasında bir sıra razılığın əldə edildiyi bildirilib.
Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri (Aqşin Bəbirov və Hüseyn Axundov) azad edəcək.