Qazax-İcevan sərhədində hərbçilərin mübadilə prosesi başlanıb

Qazax və İcevan rayonlarının sərhədində Azərbaycanla Ermənistan arasında saxlanılan hərbçilərin dəyişdirilməsi prosesi başlayıb. 

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Tərəflər mübadilə yerinə gələcəklər.
Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Açıqlamada tərəflər arasında bir sıra razılığın əldə edildiyi bildirilib.

Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri (Aqşin Bəbirov və Hüseyn Axundov) azad edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.