Qazaxda ANAMA-nın əməkdaşının evdən meyiti tapılıb

Qazaxda 43 yaşlı kişinin meyiti mənzildən tapılıb. Ağdam rayon sakini, 1981-ci il təvəllüdlü Vasif Yaqubovun meyiti yaşadığı mənzilin hamam otağında tapılıb.

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə təhvil verilib. Onun ölüm səbəbləri dəqiqləşdirilir.

Qeyd edək ki, mərhumun ANAMA-nln əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.