Qazaxıstan Azərbaycanla enerji sazişini təsdiqləyib

Qazaxıstan hökuməti Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığa dair saziş layihəsini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Nazirlər Kabinetinin qərarında qeyd olunub.

Sazişə əsasən, tərəflər əməkdaşlığı neft-qaz, bərpa olunan enerji mənbələri və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişaf etdirəcəklər.

Bildirilir ki, bu sənəd iki ölkə arasında enerji əməkdaşlığının genişləndirilməsi və regionda enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.