Qazaxıstan Azərbaycana təyyarə uçuşlarını dayandırdı

Martın 5-dən Nur-Sultan-Bakı aviareysləri dayandırılır. 

“NewTimes.kz” məlumat verir ki, Almatı-Bakı reyslərinin sayı beşdən birə, Aktau-Bakı reyslərinin sayı isə yeddidən birə endiriləcək.

Bunu Qazaxıstanın Sənaye və infrastrukturun inkişafı üzrə nazir müavini Berik Kamaliyev açıqlayıb. “Bu uçuşların dayandırılması ilə əlaqədar martın 1-dən sərnişinlər cəriməsiz aldıqları biletləri qaytara bilərlər”, – deyə o bildirib. (oxu.az)

Qeyd edilib ki, bu günlərdə Azərbaycanda koronavirus epidemiyasına üç yoluxma faktı qeydə alınıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir