Qazaxıstan bankları rus müştərilərə problemlər yaradır- Ödənişləri köçürmək olmur

Rusiya şirkətləri Qazaxıstana ödənişləri köçürməkdə problemlə üzləşirlər. Onlar həftələrlə yerli banklarda ilişib qalırlar.

Azpost.info xəbər verir ki, bu barədə “Opora Rossii” şirkətinin vitse-prezidenti Nikolay Dunayev “İzvestiya”ya bildirib.

Dunayev qeyd edib ki, dollarla əməliyyatlar uzun müddətdir ki, dayanıb və fevralın sonundan etibarən milli valyutalarla əməliyyatlarda problemlər yaranıb.

Onun sözlərinə görə, bu, kredit təşkilatlarının ikinci dərəcəli sanksiyaların mümkün təsirindən maksimum dərəcədə qorunmağa çalışması ilə bağlıdır. Eyni zamanda, bəzi yerli banklar ümumiyyətlə Rusiya ilə işləməkdən imtina edirlər – məsələn, “Halyk Bank”.

“Milli Ödəniş Şurası” Ödəniş Xidmətləri Bazarının İştirakçıları Assosiasiyasının İdarə Heyətinin sədri Aleksandr Linnikov Rusiyadan Qazaxıstana ödənişlərlə bağlı problemlər olduğunu təsdiqləyib. Onun sözlərinə görə, çətinliklər bu ilin yanvarından başlayıb. İndi isə əməliyyatların işlənməsi iki-üç həftə çəkir.

“Rikom-Trast” investisiya şirkətinin yetkilisi Oleq Abelev deyir ki, Rusiyadan ödənişlər xüsusi diqqətlə və uzun müddət yoxlanılır. Eyni zamanda kredit təşkilatları birmənalı mövqe tutur: onlar sanksiyalara məruz qalmaq istəmirlər, eyni zamanda Rusiya tərəfi ilə münasibətləri pozmamağa çalışırlar.

Mütəxəssislərə görə, ikinci dərəcəli sanksiyalar riski ilə bağlı nəzarətin gücləndirilməsi nəzərə çarpır və gələcəkdə də davam edəcək.

2023-cü ilin dekabr ayının sonunda prezident Co Bayden ABŞ Maliyyə Nazirliyinə sanksiyalara məruz qalmış Rusiya qurumları üçün əməliyyatların aparılmasına köməklik göstərdikləri təqdirdə xarici banklara qarşı sanksiyalar tətbiq etməyə icazə verdi. Qaydaları pozanlar ABŞ-ın tam bloklayıcı sanksiyalarına məruz qala bilər.

Azpost.info

Əvvəlki məqalə

3 ayda ölkədə 11 min oğlan, 12 973 min qız doğulub

Sonrakı məqalə

Sumqayıtda saxta medal taxıb dilənçilik edən saxta “qazi” saxlanıldı –