Qazaxıstan Prezidenti Azərbaycana səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu il Azərbaycana səfəri gözlənilir.

“APA-Economics” xəbər verir ki, bunu Qazaxıstanın əmtəə istehsalçılarının Azərbaycanda iqtisadi-ticarət missiyası və birgə biznes forumunda çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov deyib.

Onun sözlərinə görə, səfər zamanı bir sıra ikitərəfli sənədlərin, o cümlədən 2026-cı ilə qədər əməkdaşlığın inkişafına dair hərtərəfli proqramın imzalanması planlaşdırılır.

“Səfər çərçivəsində ticarət-iqtisadi əməkdaşlıq haqqında yeni hökumətlərarası saziş və bir sıra digər sənədlər də imzalanacaq”, – deyə səfir qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.