Qazaxıstan sülhməramlılarını Azərbaycan-Ermənistan sərhədinə göndərməyəcək- XİN

Qazaxıstan sülhməramlılarının Azərbaycan-Ermənistan sərhədinə göndərilməsi məsələsi gündəlikdə yoxdur.

“Sputnik Armenia”nın məlumatına görə, bu barədə Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdi açıqlama verib.

Onun sözlərinə görə, ilk addım Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya komissiyasının işini bərpa edilməsidir.

“Biz quru sərhədlərimizi və dəniz sərhədlərimizi tam demarkasiya etdiyimiz üçün öz təcrübəmizi tərəflərlə bölüşə bilərik. Demarkasiya Rusiya istisna olmaqla, bütün qonşularımızla yekunlaşıb. Rusiya ilə demarkasiya yəqin ki daha 2-3 il vaxt aparacaq”, – o deyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.