Qazaxıstan təkzib yaydı –"Rusiyaya ixrac qadağası xəbəri yalandır"

Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi sanksiyalara görə Rusiya Federasiyasına heç bir malın ixracına qadağa tətbiq etməyib.

Bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

“Anti-Rusiya sanksiyaları ilə əlaqədar Rusiya Federasiyasına heç bir malın ixracına heç bir qadağa qoyulmayıb”, – nazirlik bildirib.

Qurumun məlumatına görə, Qazaxıstanla Rusiya Federasiyası arasında ticarət əlaqələrinin tənzimlənməsi Avrasiya İqtisadi İttifaqı haqqında Müqavilənin müddəalarına tam uyğun olaraq həyata keçirilir. Rusiya Federasiyasına 106 növ malın satışına qadağa qoyulması ilə bağlı KİV-də yayılan məlumatlar yalandır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.