Qazaxıstan və Tacikistan prezidentləri Moskvaya gələcəklər- Qələbə Günü münasibətilə

Tacikistan prezidenti Emoməli Rəhmon Moskvada Qələbə bayramında iştirak edəcək.

Azpost.info xəbər verir ki, bu barədə RİA Novosti mənbəyə istinadən yazıb.

Qazaxıstan lideri Kasım-Jomart Tokayevin isə məlum tarixlərdə Rusiyaya səfər etməyi planlaşdırdığı deyilir.

Bu barədə ölkənin Rusiyadakı səfiri Dauren Abayev məlumat verib. Prezident mayın 8-9-da Moskvaya səfər etməyi planlaşdırır”, – səfir bildirib.

Rusiya müdafiə naziri Sergey Şoyqu Qələbə paradlarının yeddi qəhrəman şəhərdə və hərbi dairələrin, donanmaların və birləşmiş silahlı orduların qərargahlarının yerləşdiyi 18 şəhərdə keçiriləcəyini bildirib. Onun sözlərinə görə, bayram tədbirlərində 150 minə yaxın insan iştirak edəcək.

Azpost.info

Əvvəlki məqalə

Tovuzda zəlzələ olub

Sonrakı məqalə

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib