Qazaxıstanda bir qrup şəxs dövlətə xəyanət ittihamı ilə həbs olunub

Qazaxıstanda aralarında bir əcnəbinin də olduğu bir qrup şəxs dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb.

Azpost.info xəbər verir ki, bu barədə Qazaxıstan Dövlət Təhlükəsizlik Komitəsi məlumat yayıb. “Məhkəmə bu qrup şəxs barəsində həbs-qətimkan tədbiri seçib. Cinayət işi “məxfi” kimi təsnif edilir və istintaq maraqları naminə başqa məlumatlar açıqlanmır”, – Komitədən bildirilib.

Saxlanılan şəxslərə qarşı Qazaxıstan Cinayət Məcəlləsinin 175 (dövlətə xəyanət, 15 ilədək həbs), 176 (casusluq, 15 ilədək həbs) və 185-ci (dövlət sirrini qanunsuz toplama və açıqlama, 8 ilədək həbs) maddələri üzrə cinayət işi başladılıb.

Əvvəlki məqalə

“Kriptovalyutadan terroru maliyyələşdirmək üçün istifadə olunur”

Sonrakı məqalə

Prezident yeni səfirlərin etimadnaməsini qəbul edib