“Kriptovalyutadan terroru maliyyələşdirmək üçün istifadə olunur”

Hindistanın maliyyə naziri Nirmala Sitaraman kriptovalyutaların terrorizmi maliyyələşdirmək üçün istifadə edilməsi riskindən danışıb.

Azpost.info xəbər verir ki, Sitaraman bu təhlükəni Beynəlxalq Valyuta Fondunun toplantısında ictimailəşdirib: “Düşünürəm ki, bütün ölkələr üçün kriptovalyutaların ən böyük riski onun çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi üçün istifadəsi olacaq”.

Nazir hesab edir ki, yeganə çıxış yolu bazarın tənzimlənməsidir və bu, bütün yayınma yollarını istisna etməlidir. Məlumata görə, Hindistan kriptovalyuta istifadəçilərinin sayına görə dünyada Vyetnamdan sonra ikinci yeri tutur. Aprelin 1-dən Hindistanda kriptovalyutanın istifadəsindən əldə edilən gəlirə 30 faiz vergi tətbiq olunmağa başlayıb.

Bundan başqa, ölkə hökuməti rəqəmsal aktivlərin birjalarında ticarətinin yalnız səlahiyyətli orqanların icazəsi ilə həyata keçirilə biləcəyini nəzərdə tutan qanun layihəsi hazırlayır. Kriptovalyutaların satışına və ya saxlanmasına icazə verilmədiyi təqdirdə, cərimələrin tətbiqi gözlənilir.

Azpost.info

Əvvəlki məqalə

Yeni Zelandiya Rusiya banklarına qarşı sanksiyalar tətbiq etdi – SİYAHI

Sonrakı məqalə

Qazaxıstanda bir qrup şəxs dövlətə xəyanət ittihamı ilə həbs olunub