Qazaxıstanda Türk Dövlətləri Təşkilatının yubiley sammiti keçiriləcək

Qazaxıstanda Türk Dövlətləri Təşkilatının X yubiley sammiti keçiriləcək.

APA “Astana Times”ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının (TDT) X yubiley sammiti keçiriləcək.

Tədbir türk xalqları arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsinə yönəlmiş üzv və müşahidəçi dövlətlərin liderlərinin böyük görüşü olacaq.

Sammitdə TDT-yə üzv dövlətlər – Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistan liderləri iştirak edəcək.

Sammitə həmçinin təşkilatadakı müşahidəçi dövlətlərin – Macarıstan və Türkmənistanın liderləri də qatılacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.