Qazaxıstanda uşaqları daşıyan avtobus qəzaya düşdü –Ölən və yaralananlar var

Tibbi Yardım
Tibbi Yardım

Qazaxıstanın Akmola vilayətində uşaqları daşıyan “Mercedes” markalı mikroavtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Kazinform” agentliyi xəbər verir ki, mikroavtobusun sürücüsü yük maşınını ötməyə çalışarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Avtobusda 14–16 yaş aralığında olan 16 uşaq və onların məşqçisi olub. Onlar Pavlodardan Astanaya yarışa gedirmişlər.

Qəza nəticəsində məşqçi hadisə yerində dünyasını dəyişib. Uşaqların hamısı xəstəxanaya çatdırılıb. Yeddi yeniyetmə hospitala yerləşdirilib, onlardan biri reanimasiyadadır. Heç bir xəsarət almayan doqquz uşaq isə müvəqqəti olaraq stasionarda yerləşdirilib.

Polis faktla bağlı cinayət işi açıb. Hadisənin bütün detalları araşdırılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.