Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədən 10 min dollardan çox nağd pulun çıxarılmasını qadağan edən fərman imzalayıb.
Azpost.info xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Bununla yanaşı, hökumət qızıl külçələrinin, qızıl və gümüşdən hazırlanmış investisiya sikkələrinin ixracına da qadağa qoyub.
Qazaxıstan Milli Bankından bildiriblər ki, məhdudiyyətlər maliyyə sabitliyi risklərinin qarşısını almaq və spekulyativ tələbin təzyiqini azaltmaq məqsədilə tətbiq edilib: “Ölkədə ikinci dərəcəli bankların kifayət qədər likvid valyuta aktivləri var, lakin logistika ilə bağlı problemlər səbəbindən hələlik onlar nağd xarici valyutaya artan tələbatı ödəyə bilmirlər”.
Azpost.info