Qazaxıstanın daxili işlər naziri Azərbaycana gəldi, Vilayət Eyvazovla görüşdü –FOTO

Fevralın 22-də Qazaxıstan Respublikasının daxili işlər naziri, polis general-polkovniki Marat Axmetjanovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə iki günlük rəsmi səfərə gəlib.
Nazir Marat Axmetjanov və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə əklil qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Həmin gün Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov qazaxıstanlı həmkarını və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı nazirlər “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında Memorandum”u imzalayıblar.
Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinə, Polis Akademiyasına, Təhlükəsiz Şəhər Xidmətinə və “102 – Zəng Mərkəzi”nə gedərək həmin qurumların fəaliyyəti ilə yaxından tanış olublar.
Əvvəlki məqalə

Tibbi Sığorta Agentliyi bu şirkətlə 250 minlik tender müqaviləsi bağlayıb

Sonrakı məqalə

Lavrov bu tarixdə Bakıya gələcək