Rusiya və Türkiyə yeni qaz qovşağının yaradılması üçün müzakirələrə başlayıb

Rusiya və Türkiyə ekspertləri yeni qaz qovşağının yaradılması üçün mümkün yolları müzakirə edir. Yeni qovşaq “Şimal axını” xəttindən “Türk axını”na qaz nəqlini nəzərdə tutur.
Azpost.info bildirir ki, bu barədə Rusiyanın Türkiyədə səfiri Aleksey Erxov “Dünya” qəzetinə müsahibəsində bildirib.
“Mənə məlum olduğuna görə, ölkələrimiz bu məsələni ekspertlər səviyyəsində müzakirə edirlər. Burada detallar mühümdür. Saziş əldə olunan kimi bu barədə məlumat verəcəyik”-deyə səfir bildirib.
Səfir qeyd edib ki, Qərb bütün mümkün vasitələrlə Türkiyəni Rusiyaya qarşı sanksiyalara qoşulmağa vadar etmək istəyir.
“Türk axını” Rusiyanın Türkiyə vasitəsilə ilə Qara dənizdən keçməklə qaz marşrutudur. Bu xətt ilə ildə 31,5 milyrad kubmetr qaz ötürülür. Bu oktyabr ayından partlayışla sıradan çıxarılan “Şimal axını” xətti ilə müqayisədə 3 dəfə azdır.
12 oktyabrda Putin bəyan edib ki, Moskva zədələnmiş qaz kəmərindəki qazı tranzit yolla Türkiyəyə ötürməyə hazırdır. Astanada Ərdoğanla görüşdə bu məsələ müzakirə edildikdən sonra Ərdoğan bəyan edib ki, hər iki tərəf Türkiyədə yaradılacaq qaz qovşağı üzərində işləmək üçün müvafiq idarələrinə göstəriş veriblər.
Azpost.info
Əvvəlki məqalə

“Qazaxıstanın tutduğu mövqe böyük hörmətə layiqdir”

Sonrakı məqalə

“Türkiyə səylərini davam etdirəcək”