Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyevin tutulması barədə məlumatlar həqiqətə uyğun deyil.
Bu barədə Qazaxıstan Teleqraf Agentliyi “Kaztag” məlumat yayıb.
**
Qazaxıstanda xarici işlər naziri və tanınmış iş adamı saxlanılıb.
Orda.kz portalının məlumatına görə, Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu, biznesmen Hacı Hacıyev və Milli Təhlükəsizlik Komitəsinin bir neçə yüksək vəzifəli əməkdaşı saxlanılıb.
Bu məlumatı hüquq-mühafizə orqanlarındakı mənbələr də təsdiqləyib.
Murat Nurtleu evində saxlanılıb — o, bundan əvvəl Çinlə bağlı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən qayıtmışdı. Nurtleu və Hacıyevin evlərində axtarışlar aparılıb. KNB əməkdaşlarının adları dəqiqləşdirilir.
Murat Nurtleu — baş nazirin müavini və xarici işlər naziridir, hakimiyyət strukturlarında açar fiqurlardan biridir. O, ölkənin ən nüfuzlu siyasətçilərindən sayılır. Onun təsiri əsasən güc strukturları ilə sıx əlaqələri ilə izah olunur. Bu əlaqələri o, hələ 2022-ci ilin Yanvar hadisələri (Qañtar) zamanı Milli Təhlükəsizlik Komitəsinin sədrinin müavini olarkən qurmağa başlamışdı.
Hacı Hacıyev rəsmi olaraq biznesmen kimi tanınır.