Qazaxstan prezidenti vətəndaşların kreditlərini bağladı –800 dollar borcu olanların pulunu dövlət ödəyib

Qazaxıstanın bankları və mikromaliyyə təşkilatları borcalanlara 33,6 milyard təngə (təxminən 87 milyon dollar) məbləğində kreditlər üzrə faiz və cərimələrinin borclarını bağlayıb.

Azpost.info bildirir ki, bundan əlavə, ehtiyacı olan vətəndaşların da 300 min təngəyə (800 dollar) qədər olan borcları ödəniləcək. Kreditin məbləği daha çox olarsa, onun bir hissəsi ödəniləcək. Güzəştlər ailə başçısını itirmiş şəxslərə, aztəminatlı, himayədar müavinəti alan ailələr, əlillər, dövlət ünvanlı sosial yardım alanlara şamil olunur.
Yoxsul vətəndaşlara dəstək məqsədilə həyata keçirilən bu layihə Prezident Kasım-Jomart Tokayevin müvafiq sərəncamına əsasən icra edilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir