Qazaxstan Tovuzda baş vermiş təxribatla bağlı bəyanat verdi:“Yardım göstərməyə hazırıq”

Qazaxstan XİN Ermənistan-Azərbyacan sərhəddində baş vermiş insidentlə bağlı açıqlama yayıb.  

Azpost.info bildirir ki, Qazaxstan insan tələfatı ilə nəticələnən toqquşmadan dərin narahatlıq keçirdiyini bəyan edib.

XİN-in açıqlamasında deyilir:

“Bizə dost olan Azərbaycan və Ermənistanı təmkinli olmağa və mübahisəli məsələləri güc yolu ilə həll etməkdən çəkinməyə çağırırıq.

Pandemiyanın fonunda və dünyada sosial-iqtisadi vəziyyətin pisləşdiyi bir vaxtda qarşıdurmanın dərinləşməsi nəticələri məlum olmayan mənfi nəticələrə gətirib çıxara bilər.

İkitərəfli formatda sülh və razılaşmanın teziliklə əldə ediləcəyinə ümid edirik. Münaqişənin BMT,ATƏT, MDB kimi beynəlxalq təşkilatlar çərçivəsində dinc yolla həlli üçün yardım göstərməyə hazırıq”.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir