“Rusiya Qazaxstanda baş verən hadisələri xaricdən dəstək alan qüvvələrin zorakılıq qolu ilə dövlətin bütövlüyünü və təhlükəsizliyini dağıtmaq cəhdi kimi qiymətləndirir”.
Azpost.info bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirıiyinin rəsmi açıqlamasında deyilir.
Bəyanatda qeyd olunur ki, bu məqsədlə yaxşı hazırlanmış hərbi qruplaşmalardan istifadə olunub.
“Rusiya KTMT çərçivəsində müttəfiqlik öhdəliklərinə sadiq qalaraq Qazaxstanda zorakılığın artması və daxili siyasi vəziyyətin sürətlə deqradasiyası ilə əlaqadar təxirəsalınmaz tədbirləri dəstəkləyib”-deyə Bəyanatda bildirlir.
XİN vurğulayıb ki, Rusiya vəziyyətin qaydaya sılnması üçün Qazaxıstan və KTMT üzrə digər müttəfiqlərlə sıx məsləhətləşmələri davam etdirir.