Qazi olan gənc müəllim qəflətən vəfat etdi

Qazi olan gənc müəllim qəflətən vəfat etdi

Qazi olan gənc müəllim qəflətən vəfat etdi

İmişli rayon Qızılkənd orta məktəbinin müəllimi 1994-cü il təvəllüdlü Asim Arazlı qəfil ölüb.

AzPost “Qafqazinfo” -ya istinadən xəbər verir ki, 31 yaşlı müəllim dünən yaşadığı Beyləqan rayonunda ürəktutmadan vəfat edib.

Vətən müharibəsi qazisi olan Asim Arazlı həm də gənc yazar kimi tanınıb. O, müəllim və yazar kimi bir sıra müsabiqələrin qalibi olub.

Xatırladaq ki, yanvar ayının əvvəlində Qarabağda avtomobil qəzasında Vətən müharibəsinin daha qazisi həlak olub.

Lənkəran rayon sakini Nicat Ağayev “Mitsubushi” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Nəticədə sürücü Nicat Ağayev hadisə yerində ölüb, avtomobildə olan 2 sərnişin isə aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Nicat Ağayev 44 günlük Vətən müharibəsində iştirak edib. Ailəli idi, 2 övladı var idi.

Allah rəhmət eləsin!

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.