““Şimal axını-2” qaz kəməri işə salınmasa, Rusiya Avropa əvəzinə başqa qaz alıcıları tapacaq”.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov deyib.
O qeyd edib ki, qaz kəmərinin ikinci xəttinin işə salınması ilk növbədə avropalı istehlakçılara lazımdır: “Şimal axını-2”nin olmayacağını təsəvvür etsək, qazı harada və necə satacağımızı tapacağıq”.
Çijov onu da bildirib ki, qaz kəmərinin sertifikatlaşdırılması proseduru zamanı geosiyasi məqamlar təkrar-təkrar ortaya çıxır. Onun fikrincə, Avropa Komissiyası öz rəyinin verilmə müddətini mümkün olan maksimum dörd aya qədər uzadacaq və beləliklə, qaz kəmərinin sertifikatlaşdırılması iyuldan tez olmayacaq.
Bununla belə, ümumilikdə Çijov “Şimal axını-2”nin yekun sertifikatlaşdırılması şansını böyük adlandırıb.
Azpost.info