“Qazprom”a təzyiqlərə görə, dünyada enerji sahəsində vəziyyət pisləşir” –PUTİN

Qeyri-bazar tədbirləri və “Qazprom”a təzyiqlər səbəbindən dünyada enerji sahəsində vəziyyət pisləşir.

Bunu Rusiya prezidenti Vladimir Putin aqrar-sənaye kompleksinə dəstəklə bağlı müşavirədə deyib.

“Bəzi Avropa ölkələrində qeyri-bazar, kobud tədbirlər, o cümlədən bizim “Qazprom” kompaniyamıza qarşı inzibati təzyiqlər nəticəsində enerji sahəsində vəziyyət pisləşir. Biz tərəfdaşlarımızın iqtisadiyyat və energetika sahəsində öz səhvlərini Rusiyanın üzərinə qoymaq və bununla bağlı yaranan məsələləri və problemləri yenidən bizim hesabımıza həll etmək üçün növbəti cəhdlərinin şahidi oluruq”, – deyə Putin vurğulayıb.

Əvvəlki məqalə

Zelenski Təhlükəsizlik Şurasının iclasında BMT-ni ittiham edib

Sonrakı məqalə

Gürcüstanda avtomobil yanacağının qiyməti yenidən bahalaşıb