Nohurgöldə batan məşhur alimin jurnalist oğlu imiş(FOTO)

Nohurgöldə
Nohurgöldə

Bir neçə gün öncə Qəbələdə Nohurgöldə batan İlham Qəribov məşhur alim İslam Qəribovun oğlu imiş.

Sitat.info-nun əldə etdiyi məlumata görə, 40 yaşlı İlham Qəribov özü də bir müddət mətbuatda müxtəlif qəzetlərdə çalışıb.
Mərhumun atası isə filologiya elmləri doktorudur, AMEA-nın ədəbiyyat institutunun aparıcı elmi işçisidir.
Bakıda yaşayan İ.Qəribov əslən Lerikin Molalan kəndindəndir.

Xatırladaq ki, ötən gün Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində Nohur gölündə batan 1985-ci il təvəllüdlü Qəribov İlham İslam oğlunun meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mərhum 40 yaşlı Qəribov İlham İslam oğlu yanvarın 16-da yaşadığı Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki evdən axşam saatlarında çıxaraq, bir daha geri qayıtmayıb.

Axtarışlar zamanı onun meyiti Qəbələdə yerləşən məşhur Nohurgöldə tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun intihar etməsi və ya digər versiyalar hələlik bəlli deyil.

Qeyd edək ki, əvvəlcə İlham Qəribovun gölün sahilində çantası aşkar edilib. Çantanın içərisində onun mobil telefonu, pasportu və digər əşyaları olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.