Qəza zamanı yol infrastrukturuna dəyən zərəri kim ödəməlidir? –VİDEO

Abşeronda qəza
Abşeronda qəza

Bakıda sürücü qırmızı işıqda keçərək qəza törədib. Nəticədə avtomobil işıqfora çırpılaraq onu yararsız hala salıb. Digər görüntülərdə isə avtomobil sərt manevr zamanı işıqfora dəyərək onu aşırıb.

Kadrlar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin paylaşdığı videolarda öz əksini tapıb. Bir çox qəzalarda yol təsərrüfatına da ziyan dəyir. Bu problem isə əsasən yol hərəkəti iştirakçılarına çətinlik yaradır. Çünki işıqforların yenidən bərpa edilməsi vaxt alır. Hətta yolda tənzimləyici qurğu bərpa edilənədək yeni qəzalar da baş verir.

Bəs yol təsərrüfatına dəyən maddi ziyanı kim ödəyir?

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, qəzalar zamanı yol infrasturukturuna dəymiş zərər əsasən sığorta şirkəti tərəfindən ödənir.

Hadisədən sonra ərazidən qaçan sürücü isə dəyən zərərin ödənilməsi ilə yanaşı, hadisə yerindən yayındığı üçün də cərimələnir.

Daha ətraflı videomaterialı təqdim edirik

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.