Qəzzada məktəblərin 88 %-i döyüşlər zamanı ziyan çəkib

Qəzzada
Qəzzada

Qəzzada 660 min uşaq təhsildən məhrumdur, çünki Fələstin anklavındakı məktəblərin 88 %-i ziyan çəkib. AzPost-un “Report”a istinadla xəbərinə görə, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məlumatında deyilir.

Məlumata görə, Fələstin anklavında 18 mindən çox şagirdi qəbul edə bilən 86 müvəqqəti təhsil mərkəzi açılıb.

Agentlik qeyd edib ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra Qəzza zolağında 14 500-dən çox uşaq ölüb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval Ofisində sərəncamlar imzalayarkən jurnalistlərdən birinin “Qəzzada atəşkəs rejimini qoruyub saxlaya biləcəyinizə əminsinizmi?” sualına:

“Düzü, əmin deyiləm ki, Qəzza zolağında atəşkəs və əsir mübadiləsi üzrə razılaşma hər üç mərhələdə qüvvədə qalacaq. Bu bizim yox, onların müharibəsidir. Əmin deyiləm, ancaq düşünürəm ki, hər iki tərəf çox zəifləyib”, – cavabını verib.

Qətərin Doha Magistratura Araşdırmaları İnstitutunun professoru Məhəmməd Əl-Misri “Al Jazeera” xəbər agentliyinə açıqlamasında deyib ki, İsrailin atəşkəs şərtlərini pozduğuna, razılaşmanın ikinci mərhələsi qüvvəyə minməzdən qabaq Qəzza zolağında HƏMAS-la döyüşləri yenidən başlamağı planlaşdırdığına dair artan işarələr var. İsrailin hər hərəkətini nəzarətdə saxlamaq zəruridir.

“ABŞ Prezidenti Donald Tramp andiçmə mərasiminin ardınca açıq-aşkar bildirdi ki, bu onların (İsrail və HƏMAS-ın – red.) müharibəsidir. Bu ifadəni müəyyən mənada ABŞ-nin “əllərini yuyub meydandan çəkilməsi”nə dair bəyanat kimi başa düşdüm”, – Əl-Misri vurğulayıb.

Xatırladaq ki, İsrail-Fələstin qarşıdurmasının mərkəzində duran məsələlərdən biri də Qüdsün mənsubiyyəti ətrafında mübahisədir. Bir çox ərəb və israilli üçün bu münaqişə etnik kimliyin təməl elementi kimi qəbul olunur. 1967-ci ildə “Altıgünlük müharibə”dən sonra İsrail Şərqi Qüdsü işğal edib. 1980-ci ildə təsdiqlənən qanun isə şəhəri İsrailin “bölünməz paytaxtı” tanıyır. Ərəblər də Şərqi Qüdsü gələcəkdə qurulacaq Fələstin dövlətinin paytaxtı hesab edirlər. İsrail parlamenti, prezident administrasiyası və rəsmi hökumət qurumları Qüdsdə yerləşir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.