QHT “Gənclər ətraf mühitin keşiyində” adlı layihə çərçivəsində seminar keçirib- FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi tərəfindən icra olunan “Gənclər ətraf mühitin keşiyində” adlı layihə çərçivəsində Milli QHT Forumunun Şirvan Regional QHT- lərin Resurs və Təlim mərkəzində seminar keçirilib.

“Sağlam mühit” gənclərin inkişafına kömək ictimai birliyi Əli Mirzəyev  bildirib ki, tədbirdə Şirvan şəhər Mərkəzi Kitabxanasının, Şirvan Tarix Diyarşünaslıq Muzeyinin gənc mütəxəssisləri, tələbələr iştirak ediblər. Layihə rəhbəri Əli Mirzəyev layihənin məqsədləri, həyata keçirilmış fəaliyyətlər, qarşıda duran vəzifələrlə bağlı geniş məlumat verdi. O, qeyd etdi ki,  Şirvan şəhərində ətraf mühitin qorunması daim diqqət tələb edir. Xüsusilə şəhərdə fəaliyyət göstərən zavodların və digər sənaye müəssisələrinin ətrafa yaydığı zərərli maddələrin, əsas içməli su hövzələrindən biri olan Kür çayına axıdılan çirkab və zərərli kimyəvi maddələrlə zəngin olan sənaye tullantıları çaya axıdılır və bir müddətdən sonra normadan artıq zərərli maddələrlə zəngin olan Kür çayının suyu Xəzər dənizinə çatır.

Seminar iştirakçılarının nəzərinə çatdırıldı ki, layihənin məqsədi şəhərdə yaşıllaşdırma və abadlıq  işlərinə, kütləvi tədbirlərə gənclərin cəlb olunmasını təşkil etməklə onların  ictimai həyatda fəal iştirakını təmin etmək, asudə vaxtlarının səmərəli təşkil etmək üçün səylər göstərmək, zərərli vərdişlərə qurşanmalarının qarşısını almaq, meşə zolaqlarının qorunması, bərpası məqsədi ilə əhalinin, gənclərin, məktəblilərin, ekoloqların  səylərini dəstəkləməkdir.

Müzakirələrdə Şirvan şəhər Mərkəzi Kitabxanasının mütəxəssisləri Yeganə Nağdəliyeva, İlhamə İmanova, Günel Mirzəyeva, Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşı Həmail Cavadzadə yaşıllıqların qorunması, ağaclara qulluq edilməsi, ərazinin məişət tullantılarından təmizlənməsi sahəsində görülən işlərdən, əhalinin parklarda və küçələrdə təmizliyə hələ də riayət etmədiklərindən  danışdılar. Çay süfrəsi arxasında müzakirələr davam etdirildi.

 

Əvvəlki məqalə

Aİ-nin yeni anti-Rusiya sanksiyaları 42 şəxsə şamil ediləcək

Sonrakı məqalə

“Bizi qonşularla düşmənçilik etməyə məcbur edirlər, imkan vermək olmaz” –