QHT kəndlilərə dəstək verib

20 Avqust 2020 - 12:24
Azərbaycan Respublikasının Prezidenti yanında  QHT-lərə Dövlət Dəstəyi Şurasının qrant müsabiqəsinin qalibi olmuş “Kooperasiyanin Inkişafina Dəstək” İctimai Birliyi  Şuranın təşəbbüsü ilə başlanan pandemiya dövründə əhaliyə maddi və mənəvi dəstək olmaq  kompaniyasına qoşularaq orjinal bir təkliflə çıxış edib.
Təşkilat onun üçün ayrılmış vəsaitlərdən Oğuz rayonunda yaşayan aztəminatlı və həssas qruplara aid olan kənd əhalisinə dəstək məqsədi ilə məhsuldar,damazlıq toyuqlar alaraq ehtiyacı olan ailələrə paylayıb. Eyni zamanda həmin toyuqların bir neçə ay yemlənməsi üçün lazım olan yem də alınaraq kəndlilərə verilib. Xüsusi seçilmiş sağlam, vaksin olunmuş toyuqlar alınaraq 15 ehtiyacı olan, çoxuşaqlı ailəyə paylanıb. Bu toyuqların kəndlilərə verilməsi onların yumurtaya olan ehtiyacını və toyuqların çoxalmasını təmin edəcəkdir.
İqtisad  elmləri doktoru, “Kooperasiyanin Inkişafina Dəstək” İctimai Birliyinin sədri Həsən İsrafilov bu tədbirin “Kənd əhalisinə koronovirus pandemiyası şəraitində yardım”   layihəsi çərçivəsində həyata keçirdiyini bildirib. H.İsrafilov şəxsən özü yardım alan ailələrdə olmuş əhali ilə koronovirus infeksiyasına qarşı təhlükəsizlik tədbirlərinə əməl edərək görüşlər keçirib, onlara dövlətimizin əhaliyə göstərdiyi qayğıdan söz açıb.
Kəndlilər Azərbaycan dövlətinə, QHT Şurasına, İctimai Birliyin üzvlərinə təşəkkür ediblər. Tədbirdən video çarx hazırlanıb.