Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

QHT tullantıların idarə edilməsi üzrə layihəsini başa çatdırıb

User 15 Sentyabr 2025 - 13:08 (Last updated: 15 Sentyabr 2025 - 17:13)
az01

“Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tullantıların bələdiyyə – icma əsaslı idarə edilməsi modeli üzrə maarifləndirmə tədbirləri” layihəsinin icrasını uğurla başa çatdırmışdır.

Bu barədə layihə rəhbəri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, layihə icrası zamanı, layihənin planına uyğun olaraq, öncə  Beyləqan rayonunun Dünyamalılar, Kəbirli, Yuxarı Aran , Şəfəq icmalarının və Tərtər rayonunun Buruc. Kəbirli, Gülabatlı, Qaradağlı icmalarının hər birində 12-15 nəfərdən ibarət təşəbbüs qrupları yaradılmışdır

Hədəf qruplarının seçılməsındə aşağıdakı göstəricilər nəzərə alınmışdır:

  • Liderlik və təşəbbüskarlıq bacarıqları (icmanın problemlərinə həssas yanaşan və dəyişikliklərə təşəbbüs göstərə bilən);
  • İcma ilə yaxınlıq əlaqələri (yerli əhali ilə güclü əlaqələri olan şəxslər);
  • Təcrübə və bilik səviyyəsi (ekoliji problemlər sahəsində məlumatı olan şəxslər və sair);
  • Məsuliyyət və nüfuz;
  • Müxtəliflik və təmsilçilik (qadınlar, gənclər, yaşlılar və həssas qruplar);
  • Ekoloji maariflənmə ehtiyacı;
  • Resursların idarə olunması bacarığı;

Daha sonra, 78 nəfər kişi və 22 nəfər qadın təmsilçidən ibarət 8 hədəf qrupun hər birinə “Tullantıların azaldılmasında “3R” prinsipi (Azaltma –Reduce, Təkrar istifadə-Reuse, Yenidən emal-Resycle) tətbiqinin əhəmiyyəti”, ”Kompostlaşma və orqanik tullantıların idarə edilməsində COP yanaşmalarından irəli gələn müvafiq meyarlara (Davamlılıq, İcmanın inkişafı, Ekoloji təsir və sair) üstünlük verilməsi”  və “Tullantıların idarə olunmasında icma əsaslı yanaşmanın üstünlükləri” mövzularında  3 günlük təlim keçilmişdir.

Təlim zamanı məişət tullantılarının səmərəli idarə olunmasına dair zəruri məlumatlar təlimçi Nizami Musayev və Xəlil Süleymanov tərəfindən iştirakçılara çatdırılmışdır. İştirakçılar təlimlər zamanı müzakirələrə fəal şəkildə qoşulmuş və yerli ənənədən yanaşmaqla problemin həllinə dair öz fikirlərini də bölüşmüşlər. Təlimlər zamanı pre-post teslər vasitəsilə bacarıqların inkişafı da müəyyən olunmuşdur. Eyni zamanda təlim iştirakçıları təlimləri yüksək dərəcədə qiymətləndirmişlər.

Növbəti layihələrin praktiki tədbirə dair olmasını arzulayan hədəf qrup üzvləri özləri də bu problemin həllinə dəstək verməyə hazır olduqlarını bildirmişlər. Təlimlərin yekununda iştirakçılar Donora və AİİB-nə təşəkkürlərini bildirməklə, problemin həqiqətən aktual olduğunu qeyd etmişlər. Əldə olunan nəzəri biliklərin təlim almış  şəxslər tərəfindən praktik fəaliyyətdə nəticələrinin olacağı barədə təlim iştirakçıları gələcək əməli fəaliyyətlərindəki  planları barədə müzakirələr aparmışlar.

Layihənin icrası zamanı müvafiq Rayon  İcra Hakimiyyəti,bələdiyyələr tədbirlərin yüksək səviyyədə  və səmərəli keçməsi üçün  yaxından köməklik göstərmişlər.  Lahiyəyə dair müxtəlif KİV-lərdə 20-dən çox material dərc olunmuş,medya materialları FB səhifəsində və AİİB-in 14 rayon nümayəndəliyində  paylanmışdır.

 

AzPost.az

Post navigation

Previous: Yağış Gənc Tamaşaçılar Teatrının səhnəsini pərdəsiz qoyub
Next: Ermənistan Azərbaycan ordusunu üstələyə bilməz –

Oxşar xəbərlər

DIN
  • Sosial

Bir gündə 35 axtarışda olan şəxs tutuldu – Onlardan 19-u borclu olub

User 11 Noyabr 2026 - 10:05
bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10

xƏBƏR

abs secki
  • Dünya

Amerikalıların 71%-i Konqresdən İranla müharibəni dayandırmağı tələb edir

User 11 Noyabr 2026 - 10:52
ABŞ vətəndaşlarının böyük əksəriyyəti yeni Konqresin İranla müharibənin dayandırılması istiqamətində addımlar atmasını istəyir. Respondentlərin əksəriyyəti, həmçinin prezident...
Read more about Amerikalıların 71%-i Konqresdən İranla müharibəni dayandırmağı tələb edir
İtkin düşən 3 nəfər tapıldı, dələduzluğa görə axtarılanlar saxlanıldı Həbs
  • Kriminal

İtkin düşən 3 nəfər tapıldı, dələduzluğa görə axtarılanlar saxlanıldı

User 11 Noyabr 2026 - 10:38
Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var rus liman
  • Katogriyasız

Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var

User 11 Noyabr 2026 - 10:34
Ərzaq qiymətləri yenə artır – Ailələr ayda nə qədər pul xərcləyir? market
  • Baş Yazı

Ərzaq qiymətləri yenə artır – Ailələr ayda nə qədər pul xərcləyir?

User 11 Noyabr 2026 - 10:27
Tramp Putini pulla razı salmaq istəyir – Kreml niyə güzəştə getmir? ABŞ Rusiya və Ukrayna
  • Dünya

Tramp Putini pulla razı salmaq istəyir – Kreml niyə güzəştə getmir?

User 11 Noyabr 2026 - 10:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.