Qida təhlükəsizliyinə dair qanunun pozulmasına görə cərimələrə dəyişiklik edilir

Qida təhlükəsizliyi haqqında qanunvericiliyin pozulmasına görə cərimələrlə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Bu məsələ Milli Məclisin dekabrın 10-da keçirilən iclasının gündəliyində yer alıb.

Layihəyə əsasən, qida zənciri obyektlərinin təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.