Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi qaydası müəyyənləşib

User 27 Oktyabr 2023 - 13:07 (Last updated: 21 May 2025 - 20:15)
qus-yemi

Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi Qaydası və forması təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qaydaya əsasən, Məhsullara idxalçı ölkələr tələb etdiyi hallarda Agentlik tərəfindən idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla sağlamlıq sertifikatı verilir. İdxalçı ölkələr tələb etdiyi hallarda Agentlik tərəfindən ixrac olunan heyvan mənşəli qida məhsullarına verilən sağlamlıq sertifikatı həmin məhsulların qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, “Baytarlıq haqqında” qanuna əsasən heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edə bilər. Sertifıkatlaşdırılma prosedurları Agentliyin Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Sertifikatın alınması üçün ərizə ilə Agentliyə ixracatçı tərəfindən müraciət olunmalıdır.

İxrac edilən məhsullara sertifikat verilərkən təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinin müəyyən edilməsi məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və miqdarda ixrac edilən məhsul partiyasından nümunələr götürülərək, akkreditasiyadan keçmiş laboratoriyalarda onların tədqiqi (sınağı) aparılır. Nümunələrin laboratoriya tərəfindən tədqiqi (sınağı) ilə bağlı xərclər ərizəçinin vəsaiti hesabına ödənilir. Nümunələrin tədqiqi (sınağı) ərizəçinin seçiminə uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda və ya Agentliyin tabeliyində olan akkreditasiya edilmiş sınaq laborato riyalarında həyata keçirilir. Nümunələrin tədqiqi (sınağı) Agentliyin tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında aparıldığı halda, nümunənin tədqiqi (sınağı) yalnız ərizəçi tərəfindən məhsulun ekspertizası üçün müvafiq xidmət haqqı ödənildikdən sonra təmin edilir. Məhsulların laboratoriyalar tərəfindən 7 (yeddi) iş günü ərzində tədqiqi (sınağı) aparılaraq nəticəsi Agentliyə təqdim edilir. Laboratoriyaların əsaslandırılmış müraciəti ilə həmin müddət 20 (iyirmi) iş günündən çox olmayan müddətə uzadıla bilər və qeyd olunan müddət sertifikatın verilməsi ilə bağlı göstərilən müddətə daxil edilmir. İdxalçı ölkələr tələb etdiyi halda laboratoriya tərəfindən aparılmış tədqiqin (sınağın) nəticəsinə dair protokol sertifikata əlavə olunur. Protokolun sertifikata əlavə olunması üçün ödəniş tələb edilmir. Sertifikatın verilməsi və bunun üçün dövlət rüsumunun ödənilməsi, sertifikatın dublikatının verilməsi, yenidən rəsmiləşdirilməsi, ləğv edilməsi qaydaları 7 (yeddi) iş günündən gec olmayaraq verilir.

Sertifikatın verilməsindən aşağıdakı hallarda imtina edilir:

– “Lisenziyalar və icazələr haqqında” qanunla müəyyən edilmiş hallarda;

– məhsullar qida təhlükəsizliyi və (və ya) minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda;

– məhsullar heyvan sağlamlığı göstəricilərinə uyğun olmadıqda.

Sertifikatın verilməsindən imtina edildikdə və ya ərizə baxılmamış saxlanıldıqda, Agentlik ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq, sertifikatın verilməsindən imtina və ya ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində subyektə (ərizəçiyə) təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

Sertifikat unikal (təkrarlanmayan) elektron qaydada verilən eyniləşdirmə nömrəsinə malik olmaqla aşağıdakı tələblərə cavab verməlidir:

– daxil edilmiş məlumatlar düzgün olmalıdır;

– imzalayan şəxsi və sənədin verilmə tarixini müəyyən- ləşdirməyə imkan verməlidir;

– istinad olunan rəsmi tələbləri dəqiq ehtiva etməlidir.

Sertifikat ərizəçiyə kağız və elektron formada verilir. Sertifikatın kağız nüsxəsi hazırlanır və sənədin əsli Agentliyin səlahiyyətli şəxsi tərəfindən imzalanıb möhürlənərək ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Sertifikat Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində verilir. Sertifikatın qüvvədə olma müddəti bir aydır (məhsulun yararlılıq müddətindən çox olmamaqla) və bu müddət ərzində məhsullar ixrac edilməzsə, sertifikat qüvvədən düşmüş sayılır. Sertifikatın sahibi ona verilən sertifikatdan yalnız sertifikatda göstərilən məhsul partiyası üçün istifadə edə bilər. İxrac zamanı məhsul sertifikatla müşayiət olunur.

 

Post navigation

Previous: Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrının təməli qoyulub
Next: “İsrail Qəzzaya zərbələri dayandırmasa…”

Oxşar xəbərlər

DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00
manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41

xƏBƏR

BUDCE02
  • Baş Yazı

2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL

User 23 Oktyabr 2026 - 11:59
Azərbaycanda 2027-ci ilin dövlət büdcəsi üzrə xərclərin 42,4 milyard manat, gəlirlərin isə 39,234 milyard manat olması proqnozlaşdırılır....
Read more about 2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL
Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama tramp tebessum
  • Dünya

Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama

User 23 Oktyabr 2026 - 11:46
ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri putin uitkoff
  • Dünya

ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri

User 23 Oktyabr 2026 - 11:37
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı anar-aliyev-nazir
  • Baş Yazı

Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı

User 23 Oktyabr 2026 - 10:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.